"TEKNOFEST" festivalı davam edir

Türkiyənin ən böyük texnologiya tədbiri TEKNOFEST İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalını ikinci günündə insanlar gəzməkdə davam edir.

cezeri-teknofest9.jpg

Türkiyənin ən böyük texnologiya tədbiri "TEKNOFEST" İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalını ikinci günündə insanlar gəzməkdə davam edir.

Türkiyə Texnologiya Heyəti (T3 Vəqfi) ilə Sənaye və Texnologiya Nazirliyi başçılığında ölkənin əhəmiyyətli qurum və firmalarının dəstəyilə dünən Atatürk Hava Limanında start götürən festivaldakı hərbi və mülki iştirakçı firmaların stentləri ikinci günündə də müxtəlif tədbirlərə səhnə olur.

Festival sahəsində qurulan ana səhnədə gün ərzində müxtəlif tədbirlər keçirilir. Bu gün Yerə Bağlı Şar Uçuşları tədbiri keçiriləcək.

İştirakçı firmaların stendlərində də məlumatlandırma və müxtəlif təcrübələr keçirilməsinə imkan yaradılacaq. Həmçinin qonaqlar onlar üçün tikilən xeyli sayda ictimai obyektlərdən istifadə edə biləcəklər.

Həmçinin “İnsanlığın xeyrinə texnologiya”, “Süni zəka”, “İnsansız sualtı sistemlər”, “Uçan maşın modelləri”, “Robotlaşdırılmış Fəth 1453” və digər mövzularda yarışmalar da keçirilir.

Festivalın ən əhəmiyyətli hissəsini təşkil edən müsabiqələrin finalından sonra qələbə qazananlara mükafatları təqdim olunacaq. Həmin çərçivədə 3 milyon lirədən artıq pul mükafat kimi paylanacaq.

Festival sentyabrın 22-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr