Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib

Milli uçan avtomobil "Cezeri" Türkiyənin nəhəng texnologiya tədbirlərindən hesab edilən Teknofest İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalında nümayiş etdirildi.

1271054
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib

Sərgini ziyarət edənlərin diqqətini cəlb edən Uçan Avtomobil “Cezeri”-nin Layihə İdarəçisi Ozan Yağçının məlumatına görə ciddi çalışmalar nəticəsində layihə 9 ayda tamamlanıb. O qeyd edib ki, layihədə Selçuk Bayraktarın böyük əməyi olub. Yağcının sözlərinə görə Cezeri bir nəfəri daşıya biləcək potensiyala sahibdir. Ancaq daha sonrakı versiyalarında potensiyalı iki və ya üç nəfərə qaldırılaraq şəhər daxilində nəqliyyatçılıq sahəsində istifadə ediləbiləcək.

Yağcı, Cezerinin bu günün yox, gələcəyin texnologiyası olacağını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr