Beynəlxalq Aspendos Opera və Balet Festivalı başladı

Antaliyanın ev sahibliyi etdiyi 6-cı Beynəlxalq Aspendos Opera və Balet Festivalı Fransalı bəstəkar Georges Bizetin "Karmen" operası ilə açıq elan edildi.

1262133
Beynəlxalq Aspendos Opera və Balet Festivalı başladı
aspendos opera ve bale fest.2.jpg
aspendos opera ve bale fest.1.jpg

Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş İdarəsi tərəfindən təşkil edilən festival çərçivəsində Aspendos Antik Teatrında müxtəlif tədbirlər keçirilir.

Mədəniyyət və Turizm Nazirinin müavini Özgül Özkan Yavuzun məlumatına görə festival çərçivəsində 5 fərqli əsər 8 dəfə səhnəyə qoyulacaq.

Yavuz: “ Antaliyanın ev sahibliyi etdiyi festivala yalnız Türkiyədən deyil, Ukrayna və Viyanadan da sənətçilər iştirak edirlər. Ölkə daxilindən və xaricdən gələn sənətkarlar həm Antalyalılara həm də yerli və xarici turistlərə yaddaşda qalacaq bir festival yaşadacaqlar. Cüzeppe Verdinin bəstələdiyi “Aida” Operası ilk dəfə Aspendosda səhnəyə qoyulacaq. Bu mövsüm də xeyli maraq oyandıran Troyanı Antaliyaya, festivalımıza gətiririk. Antalya EXPO-da proqram icra edəcək. Bütün Antaliya xalqını dəvət edirik.



Әlaqәli Xәbәrlәr