Türkiyəli məktəbli ixtiraçılar müsabiqədən mükafatla qayıtdılar

Türkiyəli məktəblilərin layihəsi İsveçdə  "Gənclər su mükafatı"  müsabiqəsində mükafata layiq görüldü.

1259690
Türkiyəli məktəbli ixtiraçılar müsabiqədən mükafatla qayıtdılar

Türkiyə məktəbliləri İsveçdə  "Gənclər su mükafatı"  müsabiqəsindən mükafatla qayıtdılar.
 
 İsveçin paytaxtı Stokholmda keçirilən Beynəlxalq Su Həftəsi Forumu çərçivəsində təşkil edilən "Gənclər su mükafatı" müsabiqəsində Türkiyədən Birsən Beril Bildirici və Elifnaz Saatçı hazırladıqları layihə ilə əhəmiyyətli bir uğura imza atdılar.
 
 Tarixi "Bern" otelində təşkil olunan mükafatvermə mərasimində İsveçin vəliəhd şahzadəsi Viktoriya, Türkiyənin Stokholmdakı müvəqqəti işlər vəkili Öznur Özkan, Dövlət Su İşləri İdarəsinin (DSİ) Xarici Bölgələr Şöbəsinin müdiri Doktor Əmrə Akçalı, DSİ Xarici Əlaqələr Müşavirliyinin əməkdaşı Həsən Bəsri Yüksəl, diplomatik missiya nümayəndələri və qonaqlar iştirak etdilər.
 
 Türkiyənin Stokholmdakı müvəqqəti işlər vəkili Özkan Bildirici və Saatçını hazırladıqları "Suyun səthindən yağ təbəqəsini təmizləmə" adlı layihənin dünyanın müxtəlif ölkələrindən müsabiqədə iştirak edən 500 layihə arasında 32-ci yeri tutması münasibətilə təbrik etdi.
 
Məktəbdə orta siniflərdən etibarən elmlə maraqlandığını dilə gətirən Beril Bildirici apardığı tədqiqatların əksəriyyətində təbiəti qoruma və suyun çirklənməsinin qarşısının alınması məsələsi üzərində mərkəzləşdiyini vurğuladı.
 
 Bildirici: "Suyun səthində neftin və yağların toplanması bizi çox narahat etdi. Suyun üzündəki yağı soran, lakin suyu sormayan bir maddə hazırlamaq qərarına gəldik. Bunu da keçi, qoyun tükü və qırxılmış qoyun yunundan düzəltdik" dedi. 
 
Müsabiqədə  avstraliyalı Macinley Butsonun "Sudakı zərərli ultrabənövşəyi günəş şüalarının müəyyən olunaraq  məhv edilməsi" layihəsi birinci oldu.
 
Məktəblilərə 15 min dollar mükafat verildi.



Әlaqәli Xәbәrlәr