"Fyodor" Beynəlxalq Kosmik Stansiyasına birləşdi

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşib

1258963
"Fyodor" Beynəlxalq Kosmik Stansiyasına birləşdi

 

  Göyərtəsində “Fyodor” (Skybot F-850) adlı antropomorfik robotun olduğu Rusiyanın “Soyuz MS-14” gəmisi ikinci cəhddən sonra avtomatik birləşmə rejimində uğurla Beynəlxalq Kosmik Stansiyaya birləşib.

  TASS agentliyi xəbər verir ki, bunu Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzindən bildiriblər. Kosmik gəminin birləşmə prosesi canlı yayımda təqdim edilib.

  Xatırladaq ki, “Soyuz MS-14”ün avqustun 24-də həyata keçirilən ilk birləşmə əməliyyatı uğursuzluqla nəticələnmişdi. Bundan sonra o, təhlükəsiz məsafəyə geri çəkilmişdi. 

  Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa nail oldular.

  Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yüklər də var.

  “Fyodor” (Skybot F-850) robotu sentyabrın 7-də Yerə qayıdacaq.



Әlaqәli Xәbәrlәr