Həddindən artıq məşqlər diş sağlamlığına mənfi təsir göstərir

İngiltərədə aparılan elmi tədqiqat həddindən artıq məşqlərin diş sağlamlığına mənfi təsir göstərdiyini müəyyən etdi.

Həddindən artıq məşqlər diş sağlamlığına mənfi təsir göstərir

İngiltərədə London universitetinin əməkdaşı dr. Culi Qallaherin (Julie Gallagher) rəhbərliyi ilə  olimpiya oyunçuları da daxil olmaqla, 352 peşəkar idmançının üzərində aparılan tədqiqatda həddindən artıq məşq edən idmancıların dişlərində problemlərin yüksək səviyyədə olduğu müəyyən olundu.

Mütəxəssislər idmançıların  gündə iki dəfə fırçalamalarına baxmayaraq, dişlərində problemlərin yaranmasını  həddindən artıq məşqlərin tüpürcək və immun sistemdə baş verən dəyişikliklərlə izah edirlər.

Peşəkar idmançıların sağlamlığının pisləşməsində yüksək şəkərli enerjiartırıcı içkilərin və qidaların da rol oynadığını söyləyən mütəxəssislər idmançıların 49.1 faizində ciddi kariyes müşahidə olunduğunu qeyd edirlər.

Futbol, ​​reqbi, velosiped sürmə, avarçəkmə və gimnastika daxil olmaqla, 11 idman növündə fəaliyyət göstərən peşəkar idmançıların 32 faizi sağlamlıq vəziyyətlərinin professional göstəricilərinə mənfi təsir etdiyini bildiriblər.

Tədqiqatın təfərrüatları “British Dental Journal”da dərc edilmişdir.

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr