Genetik olaraq yuxusuzluqdan əziyyət çəkənlərdə ürək xəstəlikləri riski artır

Genetik amillər səbəbindən yuxusuzluqdan əziyyət çəkən xəstələrdə koroner ürək xəstəliyi və insult riskinin daha yüksək ola biləcəyi müəyyən edildi.

1255499
Genetik olaraq yuxusuzluqdan əziyyət çəkənlərdə ürək xəstəlikləri riski artır

Genetik amillər səbəbindən yuxusuzluqdan əziyyət çəkən xəstələrdə koroner ürək xəstəliyi və insult riskinin daha yüksək ola biləcəyi müəyyən edildi.

Avropadan bir milyondan çox sınanılanın məlumatlarına əsaslanaraq aparılan tədqiqat genetik amillər səbəbindən yuxusuzluqdan əziyyət çəkənlər arasında ürək-damar xəstəliklərinə daha çox rast gəlindiyini aşkar etdi.

Tədqiqatın müəlliflərindən biri İsveçin Stokholmdakı Karolinska İnstitutunun Ürək-Damar və Qidalanma Epidemiologiyası Şöbəsinin əməkdaşı Susanna Larsson yuxusuzluğun əsas səbəblərini tapdıqdan sonra müalicənin vacib olduğunu söylədi.

Larsson yuxusuzluğa genetik olaraq həssas olan insanlarda infarkt keçirmə riskinin 13%, ürək xəstəliyi və insult riskinin 16 % artdığını söylədi.

Oxford Universitetindən Maykl Holms bu tədqiqat ilə genetik olaraq yuxusuzluğa meylli olma ilə ürək xəstəliyi arasında əhəmiyyətli bir əlaqənin olduğunu irəli sürülə biləcəyini söylədi.

Müxtəlif ölkələrdə aparılan tədqiqatlar göstərir ki, yetikin yaşda olan insanların 30 faizi son 12 ayda yuxusuzluqdan əziyyət çəkiblər.

Mütəxəssislər 18 -60 yaşda olanların gündə ən azı 7 saat yatmalı olduqlarını vurğulayırlar.

Tədqiqatın nəticələri "Circulation " jurnalında dərc edilib.



Әlaqәli Xәbәrlәr