Yeni Zelandiyada insan bədəni böyüklüyündə nəhəng pinqvin qalıqları

Yeni Zelandiyadan alimlər təxminən 60 milyon il əvvəl yaşamış bir insan bədəni böyüklüyündə nəhəng pinqvin qalıqlarını kəşf etdiklərini açıqladılar.

Yeni Zelandiyada insan bədəni böyüklüyündə nəhəng pinqvin qalıqları

Yeni Zelandiyadan alimlər təxminən 60 milyon il əvvəl yaşamış bir insan bədəni böyüklüyündə nəhəng pinqvin qalıqlarını kəşf etdiklərini açıqladılar.

Təxminən 18 ay əvvəl Kristçurşdakı Vaipara çayındakı sümük qalığını tədqiq edən alimlər bunun təxminən 60 milyon il əvvəl yaşamış nəhəng bir pinqvin növünə aid olduğunu bildirdilər.

Təxminən 160 santimetr uzunluğunda, 80 kiloqram çəkisi olan, nəsli kəsilən pinqvin növünün bir vaxtlar okeanlarda üzdüyünü qeyd edən alimlər dinozavrların nəslinin kəsilməsindən sonra ortaya çıxan növlərdən birisi olduğunu düşündüklərini qeyd ediblər.

Tədqiqatçı Paul Skofield kəşfin nəhəng pinqvin növlərinin 2000-ci ildə Antarktidada tapılan başqa bir pinqvin növünə oxşaması və 65 milyon il əvvəl başlayan və 23 milyon il əvvəl başa çatan Paleotsen dövründə iki qitə arasındakı irtibatın başa düşülməsinə kömək etməsi kimi səbəblərə görə çox əhəmiyyətli olduğunu söyləyib.

Dinozavrların, dəniz sürünənlərinin və nəhəng balıqların nəslinin kəsilməsindən sonra okeanlarda pinqvinlərin böyüyə bilməsi üçün bir fürsət olduğuna diqqət çəkən Skodfield nəhəng pinqvinlərin sonrakı 30 milyon ildə nəsilinin kəsildiyinə işarə edib.

Nəhəng pinqvinlərin hazırda yaşamağa davam edən imperator pinqvinlərindən çəkisinin təxminən 2 qat daha ağır və 30 santimetr daha uzun olduğu ifadə edilib.



Әlaqәli Xәbәrlәr