"Samsung Galaxy" "Note 10" modelini təqdim etdi

"Samsung" şirkəti rəsmi olaraq stiluslu "Galaxy Note" flaqman smartfonunu təqdim edib.

1250282
"Samsung Galaxy" "Note 10" modelini təqdim etdi

Samsung şirkəti rəsmi olaraq stiluslu Galaxy Note flaqman smartfonunu təqdim edib.

Yenilənmiş smartfon iki ölçüdə buraxılacaq. “Galaxy Note 10” modeli 6,3 düymlük, “Galaxy Note 10+” isə 6,8 düymlük diaqonala malikdir. Smartfonun ön hissəsinin 94 %-i isə displeydən ibarətdir. Hər iki model 5G şəbəkələrində məlumat ötürülməsini dəstəkləyəcək.

  Smartfon Rusiya ərazisində avqustun 23-dən satışa buraxılacaq. 8 GB operativ və 256 GB daxili yaddaşla “Galaxy Note 10” modelinin qiyməti 1180, “Galaxy Note 10+”un isə dəyəri təxminən 1380 dollar olacaq.

 

 



Әlaqәli Xәbәrlәr