Türkiyə tədqiqatçıları bu dəfə Şimal qütbünü tədqiq etdilər

Antarktidadakı elmi tədqiqatları ilə  ad çıxarmış Türkiyənin elm adamları ilk Türk Arktika Elmi Ekspedisiyasını həyata keçirərək elmi tədqiqatlarının ünvanını Cənub qütbündən Şimal qütbünə köçürdülər.

1248814
Türkiyə tədqiqatçıları bu dəfə Şimal qütbünü tədqiq etdilər

Antarktidadakı elmi tədqiqatları ilə  ad çıxarmış Türkiyənin elm adamları ilk Türk Arktika Elmi Ekspedisiyasını həyata keçirərək elmi tədqiqatlarının ünvanını Cənub qütbündən Şimal qütbünə köçürdülər.

Bu çərçivədə ilk Türk Arktika Elmi Ekspedisiyası İstanbul Texniki Universitetinin(İTİ) Qütb Tədqiqatları Uyg-Ar Mərkəzinin liderliyindəki bir qrupla Türkiyə İş Bankının sponsorluğunda iyul ayında reallaşdı.

Prezident Aparatının himayəsi altında və  Sənaye və Texnologiya Nazirliyinin koordinasıyasında fəaliyyət göstərən ilk Türk Arktika Elmi Ekspedisiyasına dosent Burcu Özsoy liderlik idi.

Qütb bölgələrinin dünyanın ən çətin coğrafi və iqlim bölgələri olduğuna diqqət çəkən  Burcu Özsoy bütün çətinliklərə baxmayaraq bu bölgələrə getməyin və tədqiqat aparmağın insan həyatının ən maraqlı məqamlarından biri olduğunu söylədi.

Özsoy ekspedisiyanın əsas məqsədinin minimum məlumatlarla maksimum səmərəyə nail olmaq olduğunu vurğulayaraq:

"Ekspedisiyada 7 tədqiqatçı iştirak etdi və hamısı canını dişinə taxaraq işlədi. 24 saat gün işığının olduğu bölgədə Türkiyənin müxtəlif təşkilat və quruluşlarından  olan 41 iştirakçının 14 tədqiqat layihəsi üçün işlər həyata keçirildi" dedi.

Özsoy əvvəlcə Şimal Buzlu okeanına çatmaq üçün Norveçin paytaxtı Osloya getdiklərini və Norveçin hakimiyyəti altında olan Svalbard arxipelaqında yerləşən dünyanın ən şimal yaşayış məskəni olan Lonqyir qəsəbəsinə çatdıqlarını bildirdi.

Özsoy burada icarəyə götürdükləri gəmiyə yerləşdiklərini və bütün ekspedisiya müddətində gəmidə qaldıqlarını söylədi.

Ekspedisiyanın lideri  elm adamlarının burada iqlim dəyişikliyinin ekosistemə təsiri və ətraf mühitin çirkliliyi mövzusunda tədqiqatlar apadıqlarını qeyd etdi.

Burcu Özsoy Arktika bölgəsinin Antarktidadan fərqindən də danışdı, Şimal və Cənub qütb bölgələrinin iki fərqli planetə bənzədiyini sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr