Samanyolu qalaktikasının ən qədim ulduzu

“Monthly Notices of the Royal Astronomical Society” çıxan elmi məqalədə yazılana görə...

1248207
Samanyolu qalaktikasının ən qədim ulduzu

  Samanyolu qalaktikasından təxminən 35 min işıq ili uzaqlığında bu günə qədərin ən qədim ulduzu müəyyənləşdi.

  “Monthly Notices of the Royal Astronomical Society” çıxan elmi məqalədə yazılana görə, SMSS J160540.18-144323.1 adı verilən ulduz kainatın 13,8 milyard il əvvəl yaranmasından sonra ikinci nəsil planetlər silsiləsinin bir parçasıdır.

  Avstraliya Milli Universitetinin alimi Tomas Nordlander deyib: “Yeni kəşf edilən ulduzun “böyük partlama”dan (Big Bang) bir neçə yüz milyon il sonra meydana gəldiyi və artıq sönmə mərhələsində olduğu düşünülür.  Bu ulduzdakı dəmir nisbəti Günəşdən 1,5 milyon qat az - sanki "olimpik üzgüçülük hovuzunda bir damla su"dur. Dəmirin sıxlığı obyekin nə vaxt meydana gəldiyinin dəqiq tarixi baxımından əhəmiyyətlidir.”  

  Qeyd edək ki, qalaktikanın ilkin mərhələsində ulduzların metal nisbətlərinin sıfır olduğu, ilk ulduzların hidrogen və heliumdan meydana gəldiyi, çox böyük, isti və qısaömürlü olduqları düşünülür. "Population III" adlandırılan növbəti ulduzlar seriyası haqqında isə hələ tam olaraq elmi qənaət yoxdur.



Әlaqәli Xәbәrlәr