Çinli alimlər təkrar istifadə edilə bilən raket texnologiyası inkişaf etdirməyə hazırlaşır

Çinli alimlər təkrar istifadə edilə bilən raket texnologiyasında vacib addım olan qanad texnologiyasını inkişaf etdirdilər.

1244281
Çinli alimlər təkrar istifadə edilə bilən raket texnologiyası inkişaf etdirməyə hazırlaşır

Çinli alimlər təkrar istifadə edilə bilən raket texnologiyasında vacib addım olan qanad texnologiyasını inkişaf etdirdilər.

Elm adamları raketlərin işə düşdükdən sonra zədələnmədən geri yerə enməsini təmin etmək üçün vacib addım olaraq görülən istiqamətverici qanad texnologiyasını sınaqdan keçirdi.

Bu qanadla ilk sınaq Çin kosmik proqramının əsas podratçılarından olan Çin Aerokosmik Elm və Texnologiya Corp. (CASC) cümə günü Guicou əyalətindən "Long March 2C" raketi ataraq reallaşdırdı.

Miao muxtar vilayətində dağıntıları düşən raketin tor şəklində inkişaf etdirilən qanadlarının ilk sınaqında uğurlu olunduğu bildirildi.

Qanadlar raket alovlandırıcılarının xarici səthində fırlatma zamanı qanadlar bağlı haldadır. Peyk və buna bənzər texnologiyalar istifadəyə verildikdən sonra raketin yerə düşməsi zamanı açılan qanadlar raketin istiqamətləndirilməsinə imkan verir.

Tor şəkilli qanad texnologiyanın inkişafının tamamlanması ilə həm raketin atılma xərcləri azalacaq, həm də raketin insanlara zərər verməsinə mane olunacaq.

Bu texnologiya əvvəlcə Amerika kosmik gəmisi və raket istehsalçısı “SpaceX” tərəfindən hazırlanmışdı. May ayında “SpaceX Falcon 9” raketilə 60 internet peykini kosmosa göndərmişdi. Bu prosesdən sonra dünyaya düşən raketlərdən ikisi, əvvəlcədən müəyyən edilmiş nöqtələrə etibarlı şəkildə eniş etdi.



Әlaqәli Xәbәrlәr