Pakistan fəzaya ilk kosmonavtını göndərəcək

Pakistanın elm və texnologiya naziri Favad Çaudri sosial media hesabından verdiyi açıqlamada bildirib...

1243484
Pakistan fəzaya ilk kosmonavtını göndərəcək

  Pakistanın elm və texnologiya naziri Favad Çaudri sosial media hesabından verdiyi açıqlamada bildirib:

  “2020-ci ilin fevral ayına qədər 50 nəfərlik namizəd kosmonavt siyahısı hazırlanacaq. Sınaqlardan sonra bu rəqəm 25-ə endiriləcək.

  "İlk kosmonavtlarımız fəzaya 2022-ci ildə göndəriləcək. Bu, Pakistan kosmos tarixinin ən böyük elmi addımı olacaq".

  Sosial mediadakı açıqlamasından sonra Pakistanın “Dawn” qəzetinə müsahibə verən F.Çaudri bildirib:

  “Namizəd kosmonavtların seçim və təlimləri Pakistan Hava Qüvvələri (PAF) tərəfindən aparılacaq. PAF-ın təlimlərindən keçən bir kosmonavt seçiləcək.

  Pakistan peyklərini Çindən kosmosa göndərir, kosmonavtını da oradan göndərəcək”.



Әlaqәli Xәbәrlәr