Leonardo da Vincinin robotunu yaratdılar

Yaponiyada Osaka Universitetində işləyən elm adamları "Fujikin" şirkəti ilə əməkdaşlıq edərək İtaliya rəssamı və alimi Leonardo da Vincinin robotunu yaratdılar.

1226900
Leonardo da Vincinin robotunu yaratdılar

Yaponiyada Osaka Universitetində işləyən elm adamları "Fujikin" şirkəti ilə əməkdaşlıq edərək İtaliya rəssamı və alimi Leonardo da Vincinin robotunu yaratdılar.
 
 Leonardo da Vincinin robotu Osakada keçirilən G20 liderlər sammitinin iştirakçılarına təqdim olundu.
 
 "Fujikin"in marketinq üzrə direktoru Kouichi Nakamura Da Vincinin elmi işlərinin günümüzə işıq tutduğunu söylədi.
 
 Robotu İbtidai məktəb şagirdlərinə elmi sevdirmək, onlara Da Vincinin əsərlərini öz ağzından sadə şəkildə izah etmək məqsədi ilə yaratdıqlarını dilə gətirən Nakamura: "Beləliklə, şagirdlərin əylənərək və həyəcanlı şəkildə elmi öyrənmələrini təmin edir, eyni zamanda, gələcəyin elm insanlarını da maarifləndiririk" deyə bildirdi.
 
 İbtidai sinif şagirdlərinin yalnız kitab oxuyaraq elmi tam anlamadığını qeyd edən Nakamura tələbələrin robota olan maraqlarının sevindirici olduğunu, robotun ingilis, yapon və italyan dillərində danışdığını söylədi.
 
Leonardo da Vinçinin robotunun bu gün yalnız müəyyən bir informasiyanı təkrar edə bildiyini deyən Nakamura robotun insanların suallarına cavab verməsini və "Google" ilə əlaqə qurmasını təmin edəcəklərini söylədi.
 
 Nakamura daha sonrakı layihələrinin Albert Eynşteynin robotu olacağı barədə məlumat verdi.



Әlaqәli Xәbәrlәr