Bakıda III Robot Olimpiadası

Bakıda III Robot Olimpiadasının açılışı olub

1214000
Bakıda III Robot Olimpiadası

  İyunun 4-də Azərbaycanın paytaxtı Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadasının açılışı oldu.

  Olimpiada “İNNOFEST” çərçivəsində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

  Yarışlar dörd kateqoriya üzrə təşkil olunub.

  Yekunda qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar.

  Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də hazırda bu say 70-i ötüb.

  Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.



Әlaqәli Xәbәrlәr