Yaogan-33 peykinin buraxılışı uğursuz oldu

Çində uzaqdan idarə edilən Yaogan -33 peykinin buraxılışı uğursuzluqla nəticələndi.

1207294
Yaogan-33 peykinin buraxılışı uğursuz oldu

Şinhua agentliyinin xəbərinə görə, Yaogan-33, ölkənin Şanşi əyalətində yerləşən Taiyüen kosmodromundan “Uzun Gediş-4C” raketiylə kosmosa göndərildi.

Bildirilib ki, peykin buraxılışından sonra üçüncü mərhələsində nasazlıq müşahidə olunub. Uğursuzluqla nəticələnən buraxılışdan sonra parçalanan peykin hissələri düşüb. Qalıqların hara düşdüyünə dair məlumat verilməyən hadisə ilə bağlı istintaq başladılıb.

 



Әlaqәli Xәbәrlәr