Hindistan kosmosa yeni bir peyk göndərdi

Hindistan radar və monitorinq fəaliyyətlərini yaxşılaşdırmaq üçün kosmosa yeni bir peyk göndərdi.

1205880
Hindistan kosmosa yeni bir peyk göndərdi

Hindistan Kosmik Tədqiqat Qrumunun (ISRO) məlumatına görə RISAT 2B Andra Pradeş əyalətindəki kosmos bazasından buraxılıb.

Açıqlamada bildirilib ki, radar görüntüləmə xüsusiyyətinə sahib yer müşahidə peyki RISAT 2B, kənd təsərrüfatı, meşə təsərrüfatı və təbii fəlakət idarə sahələrində istifadə ediləcək.

RISAT 2B, ISRO-nun bu il kosmosa buraxdığı üçüncü peykdir.

 



Әlaqәli Xәbәrlәr