“WhatsApp”la əlaqədar xəbərdarlıq

"WhatsApp" messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

1201077
“WhatsApp”la əlaqədar xəbərdarlıq

"WhatsApp" messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.
Kiberhücumun kütləvi hal almadığı, yalnız “seçilmiş istifadəçilərin” ona məruz qaldığı bildiirlir. “Facebook”un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.
“Financial Times”ın yazdığına görə, virtual hücum İsrailin “NSO Group” təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.
Bazar ertəsi, “WhatsApp”  ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.
Hücumun ayın əvvəli qeydə alındığı bildirilir.



Әlaqәli Xәbәrlәr