İstanbulda Ümumdünya Qastroenterelogiya Konqresi keçiriləcək

Ümumdünya Qastroenterelogiya Konqresi (World Congress of Gastroenterology-WCOG2019) 21-24 sentyabr tarixlərində İstanbulda keçiriləcək.

1192738
İstanbulda Ümumdünya Qastroenterelogiya Konqresi keçiriləcək

Ümumdünya Qastroenterelogiya Konqresi (World Congress of Gastroenterology-WCOG2019) 21-24 sentyabr tarixlərində İstanbulda keçiriləcək.
 
 Türkiyə Qastroenterelogiya Cəmiyyətindən (Turkish Society of Gastroenterology-TGD) verilən məlumata görə, konqres TGD-nin ev sahibliyində Ümumdünya Qastroenterelogiya Təşkilatı (World Gastroenterology Organisation-WGO) ilə birgə keçiriləcək.
 
 Konqresdə dünyanın fərqli ölkələrindən gələn təxminən 3 min nümayəndənin iştirakı gözlənilir. Amerika və Avropa ölkələri ilə yanaşı, Şimali Afrika, Balkan ölkələri və Türkdilli ölkələrdən nümayəndə və nümayəndə heyətlərinin qatılacağı nəzərdə tutulur.
 
 Konqresin açılış mərasimində dünya şöhrətli "Anadolu atəşi" rəqs qrupu, Türkiyənin hər yerindən olan yüzlərlə xalq rəqsi ansamblları xalq rəqslərini ifa edəcəklər. Bütün iştirakçılar İstanbul Konqres Mərkəzinin açılış kokteylində bir araya gələcəklər.
 
 Konqresin əhəmiyyətini və dəyərini, elmi-təcrübi mübadilələr qədər dünya şəhəri  İstanbul da artırır. İştirakçılar təqdim olunan xüsusi turlar sayəsində tarixlə təbiət gözəlliyinin və mədəniyyətin qovuşduğu misilsiz füsunkarlığı olan İstanbulu da gəzmə fürsəti tapacaqlar.
 
 Beynəlxalq elmi komitə tərəfindən xüsusi əmək sərf edilərək və diqqətlə hazırlanan elmi proqramda ilk dəfə Anadoluda tanınan çölyak (seliakiya) xəstəliyi "Celiac disease: From Areteaus of Capadocia to present time" başlığı altında müzakirə ediləcək.
 
Ümumdünya Qastroenterelogiya Konqresi  ilə bağlı ətraflı məlumatı www.wcog2019.org internet ünvanından ala bilərsiniz.



Әlaqәli Xәbәrlәr