"Progress MS 11" Baykonurdan uçuruldu

"Progress MS 11" yük gəmisi Qazaxıstanın Baykonur kosmik bazasından uçuruldu.

"Progress MS 11" Baykonurdan uçuruldu

Gəmi beynəlxalq kosmik stansiyaya 2,5 ton yanacaq, ərzaq, su daşıyır.

Rusiyanın Federal Kosmik Agentliyindən (ROSCOSMOS) verilən açıqlamada bildirilib ki, kosmik nəqliyyat-yük gəmisi yerli vaxtla saat 17.00-da Qazaxıstanın Baykonur Kosmos Bazasından uğurla buraxılıb. Gəminin beynəlxalq kosmik stansiyaya 3,5 saatda çatması gözlənilir.

  Hazırda beynəlxalq stansiyada olan rusiyalı kosmonavtlar Aleksey Ovçin, Oleq Konenko və ABŞ-dan Nik Haku (Nick Hague), Kristina Koç (Christina Koch), Anna Mak-Kleyn (Anne McClain) və Kanadadan Devid Seint-Jak (David Saint-Jacques) araşdırmalar aparır.

 



Әlaqәli Xәbәrlәr