Braziliya 12-ci LAAD müdafiə və təhlükəsizlik sərgisinə ev sahibliyi edir

400-dən çox beynəlxalq firmanın iştirakı ilə qapılarını ziyarətə  açan  sərgidə  Türkiyəni   17 Türk müdafiə sənayesi şirkəti  təmsil  edir.

1176379
Braziliya 12-ci LAAD müdafiə və təhlükəsizlik sərgisinə ev sahibliyi edir
12. LAAD Savunma ve Guvenlik Fuari3.jpg
12. LAAD Savunma ve Guvenlik Fuari2.jpg
12. LAAD Savunma ve Guvenlik Fuari1.jpg

Sərgidə, Türk müdafiə sənayesi firmaları tərəfindən istehsal  edilən   zirehli   texnika  platformaları, insansız müxtəlif quru və hava texnikaları,  silah və  elektronika  sistemlər, hərbi  sursatlar, simulatorlar, hərbi tekstil məhsulları  başda  olmaqla  Türk havaçılıq  və kosmos sənayesi  tərəfindən istehsal edilən T129 Atak helikopterin  təqdimatı   aparılır. İştirakçılar   ATAK vertolyotlara   maraqla  yanaşırlar.   

Türk Havaçılıq və Kosmos Sənayesi AŞ-nin   (TUSAŞ)  məsul  işçilərindən    Tamer Özmən sərginin çox məhsuldar keçdiyini və birinci gündə Braziliya   vitse-prezidenti  Antonio Hamilton Martins Mourao, Quru qüvvələri Komandiri Edson Leal Pujol və hava qüvvələrindən   rütbəli səlahiyyətlilərin stendləri ziyarət edərək, bütün məhsullar haqqında məlumat aldıqlarını  qeyd  edib.

İki ildən bir keçirilən və Latın Amerikanın ən böyük müdafiə sərgisi  hesab  edilən  LAAD, 5 Aprelə qədər ziyarət ediləbiləcək.

 



Әlaqәli Xәbәrlәr