Saturnun peyklərinə fərqli rəngləri halqalarının verdiyi kəşf edildi

“Science Daily”nin xəbərinə görə

1173305
Saturnun peyklərinə fərqli rəngləri halqalarının verdiyi kəşf edildi

  Saturnun qəribə şəkillərə malik beş kiçik peykinə fərqli rəngləri halqalarının verdiyi kəşf edildi.

  “Science Daily”nin xəbərinə görə, Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmos Dairəsinin (NASA) Cassini göy aparatının 2017-ci ildə missiyasını başa vurmadan əvvəl apardığı çəkilişləri araşdıran astronomlar planetin iç qrupda yer alan peyklərinin halqalarının Saturnun böyük peyki “Enceladust”dan qopan buz parçaları ilə örtülü olduğunu ortaya qoydu.

  Beş kiçik peyk - Pa, Daphnis, Atlas, Pandora və Epimetheusun 8 - 116 kilometr diametrində, girdə, uçan dairə və kartofa oxşar formaya malik olduğu bildirilir.

  Planetə ən yaxın Panın qırmızı, uzaqda yerləşən Epimetheusun isə mavi peyk olduğu müşahidə edilib. Astronomlar qırmızı rəngin Saturnun sıx qırmızı halqalarından gəldiyi, daha çox üzvi maddələr və dəmir olan mavi rəngin isə Saturnun E həlqəsindən gələn su donundan qaynaqlandığını düşünür.  

  Qeyd edək ki, Saturnun 60-dən çox peyki var. Planetə ən yaxın olanları baş halqalarla qarşılıqlı təsir içindədir.



Әlaqәli Xәbәrlәr