Şəkərli içkilər ölüm riskini artırır

Şəkərli içkilərin istehlakının ölüm riskini artırdığı sübuta yetirildi.

1167407
Şəkərli içkilər ölüm riskini artırır

Şəkərli içkilərin istehlakının ölüm riskini artırdığı sübuta yetirildi.

ABŞ-da Harvırd universitetinin apardığı araşdırmada 80 mindən artıq qadın və 37 min kişi iştirakçının qidalanma verdişləri tədqiq edilib.

Araşdırma nəticəsində gündə ən az iki dəfə şəkərli içki içənlərin, içməyənlərlə müqayisədə ürək-damar xəstəliklərinə görə ölüm riskinin 31 faiz daha çox olduğu bildirilib.

Ayda ən çox dörd dəfə qazlı və şəkərli içki içənlərin isə erkən ölüm riskinin ən az bir faiz çox olduğu ifadə edilib.

İşçi qrupundan Vasanti Malik qazlı və şəkərli içki istehlakının məhdud edilməsinin vacibliyinə toxunaraq belə içkilərin əvəzinə daha çox su içilməsinə üstünlük verilməsinin vacibliyini dilə gətirib.

Araşdırmanın nəticələri “Circulation” jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr