Uzaqdan ilk beyin əməliyyatı

İlk uzaqdan beyin əməliyyatı Çində həyata keçirildi.

1165861
Uzaqdan ilk beyin əməliyyatı

İlk uzaqdan beyin əməliyyatı Çində həyata keçirildi.

“Sputnik”in xəbərinə görə, çinli cərrah 5G texnologiyasından istifadə edərək 3 min km uzaqdakı bir xəstənin beyin əməliyyatını reallaşdırdı.

Çin Xalq Azadlıq Ordusu (PLAGH) xəstəxanasında keçən şənbə günü keçirilən əməliyyatda Dr. Ling Zhipei tərəfindən xəstənin beyninə bir nörostimulyator yerləşdirilib.

Cərrah mərkəzi Pekində olan PLAGH xəstəxanasında olan alətləri cənubi Hainandakı klinikadan idarə edib.

3 saat davam etməsi nəzərdə tutulan əməliyyatın isə planlaşdırıldığı kimi keçdiyi və uğurla nəticələndiyi açıqlandı.

Parkinson xəstələyindən əziyyət çəkən xəstənin isə əməliyyatdan sonra səhhətinin yaxşı olduğu öyrənilib.

Xəstə də dünyada ilk dəfə keçirilən bu əməliyyatdan sonra “Özümü yaxşı hiss edirəm” ifadələrini işlədib.

Həkim əməliyyatda “Huawei” tərəfindən inkişaf etdirilən 5G təchizatlı bir bilgisayardan istifadə edib.

Real vaxtda koordinasiya xüsusiyyəti  olan texnologiya barədə Dr. Ling deyib ki, xəstənin 3 min km uzaqda olduğu az qala məlum olmayacaq idi” dedi.

Bu günə qədər istifadə olunun 4G texnologiyası video və uzaqdan nəzarət yubanmalarına görə tibbi müdaxilələrdə istifadə oluna bilmirdi. Ancaq 5G ilə bu problem həll olunmuş kimi görünür.

Daha əvvəl də yenə Çində bir heyvanın uzaqdan əməliyyatı 5G texnologiyası ilə reallaşmışdı.



Әlaqәli Xәbәrlәr