Avstraliyada yeni dinozavr növü tapıldı

Cənub-Şərqi Avstraliyada yeni bir dinozavr növü tapılıb.

1162001
Avstraliyada yeni dinozavr növü tapıldı

Cənub-Şərqi Avstraliyada yeni bir dinozavr növü tapılıb.

"Live Science"-in məlumatına görə, elm adamları Viktoriya ştatındakı 125 milyon illik qayalıq sahədə apardıqları qazıntılarında yeni dinozavr növünə aid olan beş üst çənə qalığı aşkar ediblər.

Qalıqları tapılan dinozavrların 125 milyon il əvvəl yaşadıqları və "valabi"  adlanan kiçik bir kenquru növü böyüklüyündə olduqları müəyyən olunub.

Yeni növə çənəsi İspan gəmisi-qalleonun tərs çevrilmiş halına bənzədiyindən "Galleonosaurus dorisae" adının verildiyi bildirilir.

"Galleonosaurus dorisae"nin otyeyən olduğu qeyd edilir.

Kəşfin detalları "Journal of Paleontology" də dərc edilmişdir.



Әlaqәli Xәbәrlәr