Çin “Chinasat-6c” rabitə peykini kosmosa buraxdı

Şinhua agentliyinin xəbərinə görə...

1160344
Çin “Chinasat-6c” rabitə peykini kosmosa buraxdı

  Şinhua agentliyinin xəbərinə görə, Çin Kosmos Texnologiyası Akademiyası tərəfindən inkişaf etdirilən “Chinasat-6c” rabitə peyki ölkənin Şiçang Peyk Mərkəzindən orbitə göndərilib.

  “Long March” (uzun yürüş) – 3-B raketi vasitəsiylə kosmosa uçan peykin radio və televiziyalara yüksək keyfiyyətli rabitə xidmətləri təmin olunacaq.

  Yer sinxron orbitindəki bu peyk Çin, Avstraliya, Yeni Zelandiya və Cənubi Sakit okeanındakı adaları əhatə edəcək.

  Qeyd edək ki, kosmik nailiyyətlərilə diqqət çəkən Çin Ayın qaranlıq üzünə insansız kəşfiyyat aparatı endirən ilk ölkə sayılır. 2020-ci ildə Çin Marsa ilk, 2029-cu ildə isə Yupiterə kəşfiyyat aparatını göndərməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr