Əlyazmalar İnstitutu ilə Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlığa dair müqavilə

Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu ilə Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Əlyazmalar İnstitutunda keçirilən imzalanma mərasimində bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafına xüsusi önəm verdiyini bildirib.

Akademik T.Kərimli Əlyazmalar İnstitutunun fəaliyyəti, beynəlxalq əlaqələri, müəssisədə aparılan elmi araşdırmalar barədə ətraflı məlumat verib.

Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti Qəyyumlar Şurasının sədri, professor Musa Yıldız rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən bəhs edib, elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sonra Əlyazmalar İnstitutu ilə Beynəlxalq Türk-Qazax Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənəddə iki qurum arasında onlara məxsus fondlarda qorunub saxlanılan, türk xalqlarının ortaq mədəni irsi hesab edilən türkdilli kitabların, o cümlədən qədim əlyazma və əski çap kitablarının tədqiq və təbliğ edilməsi, elmi-mədəni təcrübə mübadiləsinin aparılması və s. nəzərdə tutulur.

Mənbə: azertag.az

Әlaqәli Xәbәrlәr