Aorta anevrizması əməliyyatında Türk həkimlər bir ilkə imza atdılar

Aorta anevrizması qapalı əməliiyyatı özəl anesteziya tətbiq edilməklə bu sahədə reallaşdırılan yeni bir əməliyyat üsuludur.

Aorta anevrizması əməliyyatında Türk həkimlər bir ilkə imza atdılar

Türk alimləri iki ayaqlı ürək klapanı və ana damarında aorta anevrizması olan xəstəyə qapalı üsulla bioloji ürək klapanı və damar yerləşdirilməsi əməliyyatını uğurla həyata keçirərək bir ilkə imza atıblar. Ankara Universiteti Tibb Fakültəsinin Ürək, Damar Cərrahiyyəsi Fundamental Elm sahəsinin üzvü Dos. Dr. Serkan Durdu bu barədə məlumat verərkən deyib ki, aorta anevrizması qapalı əməliiyyatı özəl anesteziya tətbiq edilməklə bu sahədə reallaşdırılan yeni bir əməliyyat üsuludur.

Durdu ürək və damar cərrahiyyəsində dünyada saylı mərkəzdə döş altından kiçik kəsiklə minimal invaziv texnikanın tətbiq edilməyə başlandığını söyləyib: "Universitetimiz də bu mərkəzlərdən biridir və indiyədək bu üsulla təqribən 500 əməliyyat həyata keçirdik. 

Bütün nəticələri elmi məqalə olaraq hazırlanan və beynəlxalq jurnallarda dərc olunmaq üzrə ölkə xaricinə göndərilən əməliyyatın bu sahədə dünyada bir ilk olduğu bildirilib. 



Әlaqәli Xәbәrlәr