“Türk  kartalı” ən yaxşı təyyarə dizaynı mükafatına layiq görüldü

"Türk Kartalı Alpına", Almaniyada təşkil edilən beynəlxalq yarışmada ən yaxşı təyyarə dizaynı mükafatına layiq görüldü.

1142841
“Türk  kartalı” ən yaxşı təyyarə dizaynı mükafatına layiq görüldü

Avropanın ən nüfuzlu yarışmaları arasında göstərilən "German Design Awards" Almaniyada keçirildi. Tədbirdə "mükəmməl dizayn" mükafatı “Türk Kartalı Alpına” verildi.

Alman Dizayn Şurası tərəfindən 1969-ci ildən bəri sənaye, istehsal və dizayn mədəniyyətini dəstəkləmək məqsədiylə təşkil edilən "German Design Award 2019" un bu ilki mükafat mərasimi, Beynəlxalq Frankfurt Sərgisi çərçivəsində təşkil edildi.

"Türk Kartalı Alpına " adlı təyyarə, Türkiyədə buraxacaq olan Aquila( Kartal) və Bursa Kosmos və Havacılık şirkətinin sahibi Calal Gökçən ilə təyyarənin dizayneri “Orta Doğu Texniki Universiteti (ODTÜ)-nin müəllimlərindən Dr. Hakan Gürsu, Mükafat mərasimində məşhur dizaynerlər ilə uğurlarının qürurunu bölüşdülər.

Təyyarənin "AQUA" və 4 adam tutumlu "ALPINA D-DSNB" alternativləri, "aviasiya, dəniz və dəmiryolu nəqliyyat vasitələri" kateqoriyasında da qızıl mükafata layiq görüldü.

Calal Gökçən, mükafat mərasimindən sonra yaydığı açıqlamada dünya səviyyəsindəki sənaye nəhənglərinin qatıldığı yarışda aviasiya sahəsində, son 10 ildəki ilk qızıl mükafatı "ALPINA" adlı Türk dizaynının qazanmasını yüksək qiymətləndirdiyini ifadə edərək : "10 ildən sonra ilk dəfə bir təyyarə dizaynı bu yarışmada qızıl mükafata layiq görüldü. Təyyarənin əhəmiyyətli bir ticarət rəqibi 2017-ci ildə tamamlanmış layihə ilə qatıldığı tədbirdə ancaq bürünc mükafat qazana bildi. Təyyarənin Türkiyədə buraxılması ilə əlaqəli lazımlı addımları atırıq. "ALPINA" dünyanın yeni tendensiyalarından biri olan geri çevrilmə konsepsiyası ilə hazırlandı”.

Enerji məsrəfi daha az olacaq təyyarənin istifadə müddəti tamamlansa belə bütün parçaları başqa təyyarələrin dizaynlarında asanlıqla istifadə edilə biləcək.

Təyyarə daha bir çox xüsusiyyətə sahibdir. Həm quruya həm də suya eniş edəbilir. Təyyarə Türkiyədə buraxılacağı üçün “Türk Kartalı” adı verildi. Təyyarə orqan və xəstə nəqliyyatı, eləcə də əhəmiyyətli yük xidmətlərinin çatdırılması və təlim məqsədli istifadə edilə biləcək.

 



Әlaqәli Xәbәrlәr