Türk alimləri Antarktidaya yola düşdülər

Elm adamları Türk bayrağını Antarktida da dalqalandırmaq üzrə prezident himayəsində yola düşüb.

1135100
Türk alimləri Antarktidaya yola düşdülər

İstanbul Atatürk Hava Limanında üçüncü Milli Antarktika Elmi Araşdırma məqsədli səfərə çıxmaq üzrə 15-i Türk olmaqla 25 alim bir araya gəldi.

Üçüncü səfərin əsas məqsədi Ağ Qitədə söz sahibi olmaqdır. Dünya dalış rekordu sahibi Şahika Ercümən də 25 nəfərdən ibarət heyətdə iştirak edir. Qeyd edək ki, Ağ qitəyə səfərə gedən heyət İstanbul valisi Əli Yerlikaya və İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Mevlüt Uysal tərəfindən yola salındı. Türk alimlər Antarktida da 13 layihə ilə əlaqəli araşdırma aparacaqlar.

 



Әlaqәli Xәbәrlәr