Şiş hüceyrələrində xərçəng olub olmadığını müəyyən edən metod

Türkiyədən elm adamları şiş hüceyrələrində xərçəng olub olmadığını bədənin istiliyinə görə təyin edə biləcək yeni bir texnologiya inkişaf etdirdi.

1127897
Şiş hüceyrələrində xərçəng olub olmadığını müəyyən edən metod

Türkiyədən elm adamları şiş hüceyrələrində xərçəng olub olmadığını bədənin istiliyinə görə təyin edə biləcək yeni bir texnologiya inkişaf etdirdi.

Xərçəng diaqnozu zamanı mamoqrafiya və  ultrasəs müayinəsini­n (UZİ) kéçirilməsi  kimi üsullara alternativ olaraq qiymətləndirilən yeni texnologiya ABŞ-ın patentini alaraq tibb tarixində öz yerini tutdu.

Ortadoğu Texnik Universiteti (ODTÜ) Elektrik və Elektron Mühəndisliyi kafedrasında vəzifəli Dr. Nevzat Gençer insan bədənində temperatur dəyişikliyini müdafiə sənayesində yayğın istifadə edilən infraqırmızı şüalarla müəyyən edə biləcək bir texnologiya inkişaf etdirdiklərini və erkən mərhələdə xərçəng toxumaları dioqnuzunun qoyula biləcəyini ifadə etdi.

Gençer xüsusilə döş xərçəngi diaqnozunda 3 santimetr dərinliyində 3 millimetr kubmetr toxumasının aşkar edilməsinin əhəmiyyətinə diqqət çəkdi.

"İnfraqırmızı şüalarlardan istifadə edərək dərin, kiçik ölçülü toxumalarının diaqnozunda çətinliklər var. Biz bu problemi unikal bir şəkildə həll edəcək bir texnologiyanı inkişaf etdirdik” deyə elm xadimi dedi.

Gençer inkişaf etdirdikləri metodun UZİ və mamoqrafiyanın alternativi olaraq təklif olunan infraqırmızı şüalarda yeni bir görüntüləmə texnologiyasına əsaslandığını ifadə etdi.

Şiş toxumasında qan artdığı üçün toxumasının dəyişdiyini və bu səbəblə o bölgədə elektrik keçiriciliyində dəyişiklik olduğunu ifadə edən Gençer "Elektrik cərəyanına və infraqırmızı şüalar" ilə söz mövzusu texnologiyanı inkişaf etdirdiklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr