Xərçəng xəstəliyini nəfəs yolu ilə bilmək mümkün olacaq

İngiltərənin Kembric Universitetində hazırlanan və xərçəng xəstəliyinə nəfəsdəki molekulların təhlili vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilməyə başlanılıb.

1119608

Elm xadimləri cihazdan ilk mərhələdə mədə və qida borusu xərçənginin diaqnozunda istifadə etməyi nəzərdə tutublar. Daha sonra onun prostat, böyrək, qaraciyər və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün sınanması planlaşdırılıb.
Alimlər cihazın xərçəngin erkən mərhələdə aşkarlanmasına və xəstələrin yaşama şanslarını artıracağına kömək edəcəyini deyiblər.
Qeyd edək ki, cihaz İngiltərədə 1500 nəfər üzərində sınaqdan keçiriləcək.

Әlaqәli Xәbәrlәr