Yeni ilin ilk günü kosmos araşdırmalarında tarixə düşən gün oldu

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinə məxsus (NASA) kosmik gəmisi Günəş sisteminin Günəşə ən uzaq nöqtəsinə çataraq “Ultima Thule” adlı obyektin yaxınlığından keçib.

1117805
Yeni ilin ilk günü kosmos araşdırmalarında tarixə düşən gün oldu

Yeni ilin ilk günü kosmos araşdırmalarında tarixə düşən bir gün oldu.

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinə məxsus (NASA) kosmik gəmisi Günəş sisteminin Günəşə ən uzaq nöqtəsinə çataraq “Ultima Thule” adlı obyektin yaxınlığından keçib.

Kuiper adlanan qurşaqdakı obyekt “Ultima Thule” (2014 MU69) Günəşdən 4 milyard Plutondan isə 1 milyard mil məsafədə yer alır.

“New Horizans” (Yeni Üfüqlər)  adlı kosmik gəminin obyektə yaxın olduğu ana dair ilk siqnal uçuşdan 10 saat sonra gəldi.

Kosmik gəmi indi isə Günəş sisteminin sirrlərini aşkarlamaq üçün obeytlə əlaqəli  məlumat əldə edəcək. Bu məlumatların hamısının Dünyaya çatması isə iki ilə yaxın davam edəcək.  

“Ultima Thule”yə 2,200 mil qədər yaxınlaşan Yeni üfüqlər kosmik gəminin obyektin atmosfərində aparacağı tədqiqatların Günəş sistemilə əlaqəli naməlum cəhətlərə işıq tutacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr