“Facebook” sosial şəbəkəsinə  ABŞ-dən  ağır  zərbə

Vaşinqton Baş prokuroru “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırdı.

1110474
“Facebook” sosial şəbəkəsinə  ABŞ-dən  ağır  zərbə

Məlumata   görə   məhkəmə   iddiasına,   Sosial  şəbəkənin,     mərkəzi  Londonda  olan məlumat analiz firmasının  87 milyon “Facebook”   istifadəçisinin   xəxsi   məlumatlarını   toplamasına   icazə  verməsi    səbəb  göstərilib. 

Vaşinqton Baş prokuror Karl A. Racine  da  sosial  şəbəkəyə    məhkəmə  iddiası  qaldırmalarının     əsas  səbəbinin,  bir  şirkətə   milyonlarla istifadəçinin məlumatlarını  əldə  etməsinə   icazə  verməsini  göstərib.   Prokuror  qeyd  edib  ki,  "Facebook” istifadəçilərinin gizliliyini qoruya  bilmədi.

“Facebook”dan   yayılan  yazılı  açıqlamada  isə : " Məhkəmə  iddiasına   baxılacaq. Vaşinqton və digər yerlərdə prokurorlarla məsələni müzakirə etməyə  çalışırıq”. 

Aprel ayında,  mərkəzi   Londonda   yerləşən  bir məlumat analiz şirkətinin  87 milyon “Facebook” istifadəçisinin   məlumatları   topladığı   irəli  sürülmüşdü.   Şəxsi  məlumatların    ABŞ-da     2016-cı ilin noyabr ayında keçirilmiş prezident seçkiləri və Böyük Britaniyada 2016-cı ilin iyun ayında Brexit  ilə  əlaqəli   referenduma  nüfuz  etmək  üçün  istifadə  edildiyi  irəli  sürülmüşdü.  Həmin  iddialara  görə  ABŞ və Avropada   əlaqədar  orqanlar  tərəfindən  istintaq  başladılmışdı. 



Әlaqәli Xәbәrlәr