Günəşə çox bənzər ulduz kəşf edildi

Səma alimləri kainatda Günəşə çox bənzər ulduz kəşf etdi.

1092141
Günəşə çox bənzər ulduz kəşf edildi

  Portuqaliyanın Astrofizika və Kosmos Elmləri İnstitutunun beynəlxalq qrupu "Günəşin ailəsi"ni tapmaq üçün Avropa Kosmos Agentliyinin (ESA) “Gaia” peyki vasitəsilə “Süd yolu”nda təxminən 17 min ulduzun kimyəvi quruluşu, hərəkətləri və yaşlarını araşdırıb.

  Əldə edilən məlumatlara əsasən, alimlər yüksək həll oluna bilən spektroqrafdan istifadə ilə 4,5 milyard yaşı olduğu güman edilən Günəşə "əkiz qardaş” qədər bənzəyən HD186302 adlı ulduz müəyyən edib.

   Ulduzun Yer kürəsinə 184 işıq ili məsafədə olduğu hesablanıb.

  Tədqiqatın Günəş və digər ulduzların formalaşması ilə bağlı məlumatlar baxımından əhəmiyyətli olduğu bildirilib.

  Araşdırma "Astronomy and Astrophysics" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr