Türkiyəli alimin həyat əhəmiyyətli ixtirası: "ağıllı beton"

Türk elm adamı Egemen Teomete zədəni yüksək həssaslıqda ölçən, tikilinin möhkəmliyi haqqında məlumat verərək, itkilərin qarşısını ala bilən, tərkibində keçirici xüsusiyyətli düyü lifi olan "ağıllı beton" yaratdı.

1091702
Türkiyəli alimin həyat əhəmiyyətli ixtirası: "ağıllı beton"

 Türkiyənin Doqquz Sentyabr Universitetinin (DEÜ) İnşaat Mühəndisliyi Bölümünün müəllimi dosent Egemen Teomete bu bölümün professoru Serap Kahramanın rəhbərliyi altında uğurlu bir ixtiraya imza atdı.

 Teomete Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatının (TÜBİTAK) körpü, viaduk, məktəb, xəstəxana, və ya çoxmərtəbəli  binaların möhkəmliyini asan yolla və yüksək həssaslıqda ölçmək üçün başlatdığı "Ağıllı Beton İstehsalı" layihəsini başa çatdırdı.
 
Tədqiqatçı təxminən 3 illik fəaliyyəti ərzində müxtəlif beton qarışıqlarını sınaqdan keçirdi və sonda ən uyğun qarışığı kəşf edərək, özünün aldığı zədəni də ölçə bilən beton ixtira etdi.

"Ağıllı beton" sayədində başda zəlzələ olmaqla, binalara zərər verən hadisələr zamanı təhlükəsizliyin qorunması mümkün olacaq.
 
 Teomete kəşfi ilə əlaqədar bunları söylədi: "Ağıllı beton"un klassik betondan fərqi onun tərkibində düyü lifinin olmasıdır. Beton qəlibin içinə əvvəlcə mis elektrodlar yerləşdiririk. Bu elektrodlar betonun elektrik müqavimətinin kabellər vasitəsilə məlumat toplama sisteminə ötürülməsini təmin edir. Əldə olunan göstəricilər isə  bizi  tikilinin möhkəmliyinə dair məlumatlarla təchiz edir. Göstəricilər həm kabellə, həm də  kabelsiz ötürülə biləcək. Bir proqramla nəticələrin dərhal mobil telefona gəlməsi də mümkün olacaq. Hərarətə qarşı da həssas olan "ağıllı beton"dan yanğın sensoru kimi də istifadə oluna bilər. Beton struktur elementinin hərarəti artdığı zaman sizə siqnal göndərəcək. Çox böyük bir xəstəxana təsəvvür edin. Burada "ağıllı beton" artan temperatur barədə məlumatı operativ şəkildə mühafizəçinin mobil telefonuna göndərəcək. Digər tərəfdən, "ağıllı beton" rütubətə qarşı da həssasdır, rütubətin beton içindəki hərəkətinin izlənməsini təmin edir".



Әlaqәli Xәbәrlәr