Yüksək səviyyəli D vitamini insanı normal çəkidə saxlayır

D vitaminin yüksək səviyyəsinin insanların çəkilərinin normal olmasını təmin etdiyi müəyyənləşdirilib.

1079039
Yüksək səviyyəli D vitamini insanı normal çəkidə saxlayır

D vitaminin yüksək səviyyəsinin insanların çəkilərinin normal olmasını təmin etdiyi müəyyənləşdirilib.
 
 "Live Science" internet səhifəsinin yaydığı  tədqiqat işində D vitaminin yüksək səviyyəsinin kardiyorespirator gücü (fitnes) (CRF) artırdığı bildirilir.
 
 Tədqiqatçılar Amerika Birləşmiş Ştatlarında  2001-2004-cü illər arasında milli sağlamlıq araşdırmasına qatılan 20-49 yaşlı təxminən 2 min nəfərdən alınan məlumatları təhlil ediblər.
 
Sınanılanların qanlarındakı D vitamini səviyyələri və bədənlərinin məşqlər zamanı istifadə edə biləcəyi maksimum oksigen həcmi (VO2Max) ölçülüb.
 
Sınanılanları bədənlərindəki D vitamini səviyyələrinə görə beş qrupa ayıran tədqiqatçılar D vitamini səviyyəsi ən yüksək olanların VO2MAX dəyərinin ən aşağı olanlardan təxminən 3 vahid daha yüksək olduğunu müəyyən ediblər.
 
Tədqiqat işində daha yüksək VO2-nin daha çox kardiyorespirator güc verdiyi qeyd olunub.
 
 Tədqiqatçılar, eyni zamanda, D vitamini səviyyələri artdıqca VO2Max-ın da artdığını müəyyən ediblər.
 
Tədqiqat işinin nəticələri "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr