Türkiyənin müdafiə məhsulları ABŞ-da nümayiş etdirildi

Amerika Ordu Dərnəyi (AUSA) tərəfindən təşkil edilən “AUSA 2018” sərgisində Türkiyədən “ROKETSAN” və “REPKON” qatıldı.

1066911
Türkiyənin müdafiə məhsulları ABŞ-da nümayiş etdirildi

Amerika Ordu Dərnəyi (AUSA) tərəfindən təşkil edilən “AUSA 2018” sərgisində Türkiyədən “ROKETSAN” və “REPKON” qatıldı.

Vaşinqtonda keçirilən  sərgi müdafiə sənayesi sahəsində fəaliyyət göstərən xeyli sayda professionalı və firmanı bir araya gətirdi.

Güclü məhsul porfelilə diqqət çəkən “ROKETSAN” aralarında “Cirit lazər” idarəli raket , “MAM-L” və “MAM-C” mini ağıllı silah-sursat, “SOM-J JSF” uyğunluğu olan “Stand Off” silah-sursat, “OMTAS” orta mənzilli tankvuran raketin olduğu məhsullara məxsus modəllər nümayiş etdirildi.

Xeyli sayda ölkə və beynəlxalq firmadan nümayəndə və heyət “ROKETSAN” stendini ziyarət edərək şirkətin sahib olduğu texnologiya və məhsullar haqqında məlumat aldı.

“REPKON” isə dünya miqyasında sadəcə bir neçə firmanın qabiliyyətləri daxilində olan “flowforming” maşın və istehsal metodları çərçivəsində raket gövdəsi və lülə sahələrində görüşlər keçirdi.

Şirkətin stendində bu texnologiya ilə istehsal olunan məhsullardan nümunələr nümayiş etdirildi.



Әlaqәli Xәbәrlәr