‘‘The Goblin’’ adlı yeni sәma cismi aşkar edilib

Pluton planetindәn milyardlarla mil uzaqlıqda yeni sәma cisimi aşkar edilib.

1061284
‘‘The Goblin’’ adlı  yeni sәma cismi aşkar edilib

Pluton planetindәn milyardlarla mil uzaqlıqda yeni sәma cisimi aşkar edilib.

Bu barәdә Beynəlxalq Astronomiya İttifaqına yanında fәaliyyәt göstәrәn Planet Mərkəzindən verilәn mәlumatda bildirilib.

Mәlumata görә, alimlәr kәşf edilәn yeni sәma cisminә ‘‘The Goblin’’ adını veriblәr. Mәlumatda aşkar edilәn  yeni sәma cisminin  özünә aid orbiti olduğu vurğulanıb.

Kannegie Elm İnstitutunun alimi Skott Şepard  (Scott Sheppard) yeni sәma cismini  aparılan kәşfiyyat işlәri zamanı aşkar etdiklәrini qeyd edib.

Qeyd edәk ki, Pluton planetini 1930-cu ildә Klid Tombah (Clyde Tombaugh) tәrәfindәn kәşf edilmişdi.

1930-cu ildәn 2006-cı ilәdәk Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi.

2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı keçirdiyi iclasda ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı.



Әlaqәli Xәbәrlәr