Günəş sistemində yeni göy cismi aşkar edildi

Bu kəşf Günəş sistemində uzaq süper dünya və X planeti axtarışı zamanı ortaya çıxıb.

1061650
Günəş sistemində yeni göy cismi aşkar edildi

  Karnegi (Carnegie) Elmi İnstitutundan Skot Şepard (Skott Sheppard), Şimali Arizona Universitetindən Çad Truxilyu (Chad Trujillo) və Havay Universitetindən Devid Tolenin (David Tholen) kəşf etdiyi göy cisminə "2015 TG387" adı verilib.

  Günəş sisteminin harada bitdiyinin yenidən tanınmasını tələb edən kəşflə bağlı ayrıntılar Beynəlxalq Astronomiya İttifaqı tərəfindən çatdırılıb.

  “Astronomical Journal"da çıxan məlumata görə, bu kəşf Günəş sistemində uzaq süper dünya və X planeti axtarışı zamanı ortaya çıxıb. Plutondan çox uzaqda yerləşən bu 2015 TG387 cisminin Günəşə uzaqlığı Günəşin mərkəzi ilə Yer kürəsinin mərkəzi arasındakı məsafənin təxminən 80 qatı olduğu və çox uzaq orbitdə döndüyü bildirilir.



Әlaqәli Xәbәrlәr