Yaponiyanın “Nidec”i Almaniyanın “MS-Graessner”ini aldı
Yaponiya şirkəti sürət azaldan orta boy ötürücü qurğularıyla tanınan Almaniya şirkətini 100 faiz satın aldıqlarını bildirib. Məlumatda yazılır...
1042492

Yaponiyanın avtomobil hissələri istehsalçısı “Nidec” mərkəzi Almaniyada yerləşən, orta miqyaslı ötürücü qurğu istehsalçısı “MS-Graessner”i aldı.
Yaponiya şirkəti sürət azaldan orta boy ötürücü qurğularıyla tanınan Almaniya şirkətini 100 faiz satın aldıqlarını bildirib. Məlumatda yazılır: “Almaniyanın 1955-ci ildə qurulan “MS-Graessner” şirkətini almaqla “Nidec”in ötürücü qurğu satışında avropalı müştərilərinə robot qollarıyla bağlı sürəti azaldan qurğuların çox variantını təqdim edəcək.”
Yaponiya mediasının yazdığına görə, “Nidec” Almaniya şirkətini almaq üçün təxminən 5 milyard yen (45 milyon dollar) ödəyib.
Әlaqәli Xәbәrlәr

Fransada qol və çiyin transplantasiya əməliyyatı
Fransada qol və çiyin transplantasiya əməliyyatı uğurla reallaşdırılıb