“Google” dünyanı kürə olaraq göstərməyə başlayır

Amerika Birləşmiş Ştatlarının məhşur internet şirkəti “Google” xəritə tətbiqində dünyanı kürə olaraq göstərməyə başlayacaq.

1027006
“Google” dünyanı kürə olaraq göstərməyə başlayır

  Bu yeni tətbiqə görə, kompüter və ya telefonda “Google”da xəritəni optik yaxınlaşdırıb, ya uzaqlaşdıranda (zoom out) dünya səth kimi deyil, 3 D ölçüsündə kürə şəklində görünəcək. Qeyd edilib ki, dəyişiklik Yer üzünün daha düzgün göstərilməsinə imkan verəcək.  

  “Google Maps” “twitter” hesabından verdiyi məlumatda bildirib: “Üç D ölçülü kürə görüntüsü sayəsində Qrenlandiya ilə Afrika eyni ölçüdə olmayacaq. Ümumiyyətlə, “Google”un bu günə qədərki xəritələri hollandiyalı riyaziyyatçı və kartoqraf Jerar Merkator (Gerardus Mercator) adı ilə tanınan xəritə proyeksiyası əsasında işlənmişdi. Bu, illər boyu standart hal alsa da, bəzi çatışmazlıqları var idi. Məsələn, bu xəritələrdə Afrika qitəsi Qrenlandiyadan 14 dəfə böyük olduğu halda ondan kiçik görünür. Kürə şəklindəki 3 D ölçülü tətbiq bu tip qüsurları qismən aradan qaldıracaq.”



Әlaqәli Xәbәrlәr