Çində 174 milyon illik dinozavr qalığı tapıldı

"Nature Communication" jurnalında nəşr olunan tədqiqata görə, "Lingwulong" (möhtəşəm əjdaha) adı verilən dinozavrın uzunluğu 10- 15 metrdir.

1019837
Çində 174 milyon illik dinozavr qalığı tapıldı

Çində 174 milyon illik dinozavr qalığı tapıldı.
 
 "Nature Communication" jurnalında nəşr olunan tədqiqata görə, "Lingwulong" (möhtəşəm əjdaha) adı verilən dinozavrın uzunluğu 10- 15 metrdir.
 
 Kiçik kəllə quruluşuna malik olan 70 ton ağırlığında növün kiçik gruplar halında gəzdikləri qeyd edilir.
 
 Daha əvvəlki tədqiqatlara görə, "möhtəşəm əjdaha"nın aid olduğu Diplodocus ailəsi 160 milyon il əvvəl mövcud olub.
 
Lakin aparılan bu son tədqiqatla sözügedən ailənin daha qədim olduğu aşkar olundu.
 
 Kəşfin daha keçmiş illərə aid qalıqların tapılması üçün yeni bir ipucu olduğu ifadə edilir.



Әlaqәli Xәbәrlәr