Marsda həyəcana səbəb olan üzvi maddə

ABŞ-ın “Curiosty” kəşfiyyat qurğusu Marsda Gale kraterinin özülündə üzvi maddə aşkarlayıb.

988757
Marsda həyəcana səbəb olan üzvi maddə

ABŞ-ın “Curiosty” kəşfiyyat qurğusu Marsda Gale kraterinin özülündə üzvi maddə aşkarlayıb.

Məlumatı ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması üzrə Milli İdarə (NASA) yayıb.

Qeyd olunub ki “Curiosty” 2012-ci ildən Marsda araşdırma aparır. Onun Gale kraterində apardığı araşdırma nəticəsində 3,5 milyard illik qayalıqda üzvi maddə aşkar edilib. Alimlər bildiriblər ki, Marsdan gələn nümunələrə qırmızı planetdə qədimdə yaşayışın olması, yaşayış üçün qida mənbəyi, yaxud başqa bir həyatın mövcudluğu kimi baxmaq olar.

NASA-nın Kaliforniyadakı laboratoriyasının əməkdaşı Aşvin Vasavada bildirib ki, əgər qədim zamanda orada yaşayış olubsa, bu, həyatın üzləri üçün yeni detalların tapıla biləcəyi şansını artırır”.

Qeyd edək ki, Marsın atmosferində metanı ölçmək üçün lazer spektrometrindən istifadə edilib. Mövsümi olaraq planetdə metanın artdığı da təsdiqlənib.

Nümunələr qədimdə Marsda mikroorqanızmlərin olduğunu, hətta indi də tapıla biləcəyini ehtimal etməyə imkan verir. 



Әlaqәli Xәbәrlәr