Facebook ilə əlaqəli şok açıqlama

Facebook sosial şəbəkəsinin, xidmət inteqrasiyası məqsədilə etdikləri razılaşmalara görə, smartfon istehsalçılarının, istifadəçilərinin məlumatlarına müraciətinə icazə verdiyi iddia edilib.

986025
Facebook ilə  əlaqəli şok açıqlama

New York tames qəzetinin xəbərində bildirilib ki, sosial şəbəkə istifadəçi məlumatlarını 60-a yaxın smartfon istehsalçısına ötürüb. Məlumata əsasən 2008-ci ildən bəri Facebook bu məsələdə 60 smartfon istehsalçısı ilə tərəfdaşlıq edib. Onların sırasında Apple, Amazon, BlackBerry, Microsoft və Samsung şirkətləri də var. Həmin şirkətlərdən bəziləri istifadəçilərin dini, siyasi baxışları və s. kimi məlumatları onlardan icazəsiz əldə edə bilirlər.

The New York Times bildirib ki, Facebook bu ilin Aprel ayından bu tərəfdaşlıqlara son qoymağa başlasa da onlardan bəziləri qüvvədə qalmaqda davam edir. Sosial şəbəkə isə şirkətlər ilə olan tərəfdaşlığı barəsində məlumatları gizli saxlayır. Apple şirkətinin təmsilçiləri bildiriblər ki, şirkət istifadəçi məlumatlarından ona görə istifadə edib ki, istifadəçilər tətbiqə daxil olmadan sosial şəbəkəyə foto yükləyəbilsinlər. Şirkət həmçinin bildirib ki, o bu özəllikdən 2017-ci ilin Sentyabr ayından bəri məhrum olub. Samsung və Amazon şirkətləri isə bu məsələdə rəy bildirməkdən imtina ediblər.

 



Әlaqәli Xәbәrlәr