Xərçəng xəstəliyinə mübtəla olanları kimyəvi terapiyadan xilas edən kəşf

ABŞ-da aparılan tədqiqat işinin nəticələrinə görə, döş xərçənginin ən çox yayılan növünə tutulan qadınların 70%-nin xəstəliyin ilkin mərhələsində çətin kimyəvi terapiya prosedurlarına məruz qalmasına ehtiyac olmaya bilər.

985321
Xərçəng xəstəliyinə mübtəla olanları kimyəvi terapiyadan xilas edən kəşf

Amerika Birləşmiş Ştatlarının  Nyu-York şəhərindəki  xərçəng araşdırma mərkəzində aparılan tədqiqat işinin nəticələrinə görə, döş xərçənginin ən çox yayılan növünə tutulan qadınların 70%-nin xəstəliyin ilkin mərhələsində çətin kimyəvi terapiya prosedurlarına məruz qalmasına ehtiyac olmaya bilər.
 
 Albert Eynşteyn Xərçəng Mərkəzinin rəhbərliyi altında aparılan tədqiqatda şişin təhkükə səviyəsini ölçən genetik test sınaqdan keçirildi.
 
Mütəxəssilər bu kəşf sayəsində müalicə metodlarının dəyişə biləcəyini və bu qrupdakı qadınların yalnız əməliyyat və hormonal müalicə ilə xəstəlikdən xilas ola biləcəklərini bildirirlər.
 
Kimyəvi terapiya metodunun tətbiqindəki məqsəd əməliyyatla götürülən şişin yayılmasınnın, və ya təkrar yaranmasının qarşısını almaqdır.
 
Kimyəvi terapiya həyatı xilas etsə də, bu metodun qusma, halsızlıq, sonsuzluq və hətta daimi sinir ağrılarına qədər bir sıra ağır əlavə təsiri vardır.
 
 Tədqiqat işində yeni kəşf olunmuş genetik test 10.273 qadın üzərində sınaqdan keçirildi.
 
 Nəticədə yalnız döş xərçənginə mübtəla olan xəstələr, xüsusilə də, hormonal müalicə qəbul edənlər, şişi limfa vəzilərinə yayılmamış olanlar və şişlərin daha tez böyüməsinə yol açan HER2 mutasiyası olmayanlar üzərində dayanıldı.
 
Genetik test əməliyyat nəticəsində götürülən şişdən alınan nümunə üzərində aparılır.
 
 Testdə xərçəngin aqressivlik səviyyəsini  müəyyən edən 21 genin fəallığı nəzərdən keçirilir.
 
"Döş Xərçəngi Fondu" adlı yardım təşkilatının əməkdaşı Rachel Rawson mövzu ilə əlaqədar bunları söylədi: "Döş xərçəngi olan qadınlar  kimyəvi terapiya kursunu qəbul edib - etməməklə bağlı qorxunc bir dilemma ilə qarşılaşırlar. Bu gözəl bir xəbərdir və minlərlə qadını kimyəvi terapiya əziyyətindən xilas edə bilər" dedi.



Әlaqәli Xәbәrlәr