Bel və qarın bölgələrində yağlanma D vitamini çatışmazlığından xəbər verir

Hollandiya alimlərinin apardıqları tədqiqatda bel və qarın bölgələrindəki yağlanmanın D vitamini əksikliyinin göstəricisi olduğunu aşkar olundu.

978328
Bel və qarın bölgələrində yağlanma D vitamini çatışmazlığından xəbər verir

Leiden Universitetindən Rachida Rafiqin rəhbərlik etdiyi tədqiqatçılar qrupunun köklüklə əlaqədar məlumatlar əsasında apardıqları tədqiqat işində qarın çevrəsindəki yağlanma ilə D vitamini çatışmazlığı arasında güclü bir əlaqənin olduğu bildirilir.

Son illərin tədqiqatları bədəndəki D vitamini çatışmazlığının glukoz (şəkər) dövranı və insulin səviyyələrinə təsir etdiyini göstərdi.

 D vitamininin ən mühüm mənbəyi günəş işığıdır.
 
 Dana ciyəri, ton balığı, skumbriya və alabalıq kimi yağlı balıqlarla yanaşı, pendir, yumurta sarısı, göbələkdə də D vitamini vardır.
 
 Kalsiumun orqanizm tərəfindən sorulması üçün də lazım olan D vitamini orqanizmdə az olduğunda sümüklərdə pozuntular baş verə bilər.

 



Әlaqәli Xәbәrlәr