"Microsoft Surface Hub 2" təqdim olundu

"Microsoft" şirkəti korporativ istifadə üçün nəzərdə tutulan və "hamısı birində" sinfinə aid divardan asılan "Surface Hub" bilgisayarının ikinci nəslini təqdim etdi.

976214
"Microsoft Surface Hub 2" təqdim olundu

"Microsoft" şirkəti  korporativ istifadə üçün nəzərdə tutulan və "hamısı birində" sinfinə aid divardan asılan "Surface Hub" bilgisayarının ikinci nəslini təqdim edib.

Fərdi bilgisayarın 2016-cı ildə buraxılan birinci nəsli 55 və 84 düym diaqonala və 1080p təsvir ölçüsünə malik olduğu halda "Surface Hub 2" tərəflərinin nisbəti 3:2 təşkil edən 50,5 düym diaqonalda və 4K+ təsvir ölçüsündə təklif olunur. İndi ekranı həm horizontal, həm də vertikal vəziyyətdə qurmaq olar. Bundan əlavə, "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda mikrofonlar, 4K formatlı dönən kamera, dinamiklər və barmaq izi skaneri quraşdırılıb.

"Surface Hub 2" bilgisayarının parametrləri barədə ətraflı məlumat verilmir. "Microsoft" qiymət barədə açıqlama verməsə də, bilgisayarın 2019-cu ildə satışa çıxarılacağını qeyd edib.

Qeyd edək ki, birinci nəsil "Surface Hub" bilgisayarının qiyməti 8999 dollar təşkil edib.

Milli.Az



Әlaqәli Xәbәrlәr