Türkiyənin ilk yerli və milli döyüş təyyarə gəmisi 2019-cu ilin fevral-mart  aylarında hazır olacaq

Türkiyənin ilk yerli və milli döyüş təyyarə gəmisi “Çoxməqsədli  Amfibiya Hücum Gəmisi TCG Anadolu”nun İstanbul Tuzla Sədəf tərsanəsindəki inşasında fəaliyyətlər sürətli şəkildə davam edir.

937686
Türkiyənin ilk yerli və milli döyüş təyyarə gəmisi 2019-cu ilin fevral-mart  aylarında hazır olacaq

Türkiyənin ilk yerli və milli döyüş təyyarə gəmisi “Çoxməqsədli  Amfibiya Hücum Gəmisi TCG Anadolu”nun İstanbul Tuzla Sədəf tərsanəsindəki inşasında fəaliyyətlər sürətli şəkildə davam edir.

İstanbul və Mərmərə, Əgə, Aralıq dənizi, Qara dəniz bölgələri (İMEAK) Dəniz Ticarət Palatasının sədri Mətin Kalkavan “TCG Anadolu”nun inşası ilə əlaqəli məlumat verərək bildirdi ki, döyüş təyyarəsinin hazırda hər sahədə bloklarının təqribən 90 faizinin emalat işi bitmə mərhələsindədir. Bu mərhələdən sonra təyyarə gəmisinin daxili təchizat işlərinə başlanacaq. Gəmi 114 blokdan ibarətdir, hovuzda hazırda 10 faizi birləşdirilib.

Türkiyənin ilk yerli və milli döyüş təyyarə gəmisi “Çoxməqsədli  Amfibiya Hücum Gəmisi TCG Anadolu” Türk Dəniz Qüvvələrinin hərəkət qabiliyyətini gücləndirəcək.

“Kiçik bir təyyarə gəmisi” olaraq təsvir etdiyi “Anadolu”nun məlum olan təyyarə gəmilərdən daha funksiyonal olduğunu bildirən Kalkavan deyib ki, Dəniz Qüvvələrimiz, ölkəmiz bu sahədə daha yüksək liqaya çıxacaq. Bu gəmiyə sahib olacaq təqribən 10-cu dövlətik. Sadəcə 5-6 ölkə inşa edir, biz həm inşa edirik, həm də bu gəmi bizim olacaq. Layihə nəhəng bir layihədir və uğurla davam edir.

Qeyd edək ki, 2019-cu ilin fevral-mart  aylarında gəminin hazır olması planlaşdırılır.

Türk Dəniz Qüvvələrinin admiral gəmisi olaraq xarakterizə edilən gəminin uzunluğu 232, eni isə 32 metrdir.

58 metr hündürlüyü olan Anadolunun  min 410 kvadratmetr tank, konteyner kimi ağır vasitələr üçün ağır yük garajı var. Gəmidə həmçinin min 165 kvatdarmetr gəmi hovuzu, min 880 kvadratmetr yüngül yük garajı, 6 eniş ilə bir uçuş yerinə sahib 5 min 400 kvadratmetr uçuş göyərtəsi, 900 kvadratmetr anqar yer alır.

“Anadolu” ayrıca 6 ədəd “F358”, 4 ədəd “Atak” helikopteri, 8 ədəd orta yük nəqliyyat helikopteri, 2 ədəd “Seahawk” ümumi məqsəd helikopteri və 2 ədəd pilotsuz hava vasitə tutumuna sahibdir.



Әlaqәli Xәbәrlәr