ABŞ-da Türk qadın professora mükafat verildi

Amerika Birləşmiş Ştatlarında  Nyu-york Universitetinin Marketinq Bölümünün müdiri, professor Tülin Erdem New York Xarici Konsullar Dərnəyi tərəfindən müvəffəqiyyət mükafatına layiq görüldü.

923568
ABŞ-da Türk qadın professora mükafat verildi

Amerika Birləşmiş Ştatlarında  Nyu-york Universitetinin Marketinq Bölümünün müdiri, professor Tülin Erdem New York Xarici Konsullar Dərnəyi tərəfindən müvəffəqiyyət mükafatına layiq görüldü.
 
Erdem  dünyada ən çox diplomatik nümayəndəliklərə ev sahibliyi edən Nyu-Yorkda  Xarici Konsullar Dərnəyi tərəfindən Benəlxalq Qadınlar Günü- 8 Mart münasibətilə təşkil olunan tədbirdə mükafat aldı.
 
 Tülin Erdemə mükafatı dərnəyin sədr müavini, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın təqdim etdi.
 
 Erdem qadınlara müraciət edərək: " Xəyallarınızı buraxmayın. Qadınlar daha çox çətinliklərlə qarşılaşırlar. Mən də elmi faəliyyətimin ilk illərində kişilərin qarşılaşmadığı bəzi çətinliklərlə qarşılaşdım. Əsas olan o çətinliklərə müqavimət göstərmək və xəyalların arxasınca getməkdir". dedi.
 
  Tülin Erdem, eyni zamanda,  ABŞ  texnologiya nəhəngi "Apple"in  "Samsung"a qarşı qaldırdığı patent iddiası ilə bağlı məhkəmədə ekspert seçilmiş və məhkəmə işinə damğasını vurmuşdu.
 
 Boğaziçi Universitetinin İqtisadiyyat Fakültəsindən məzunu olan Erdem magistr və doktorluq səviyyələri üzrə təhsilini Kanadanın Albertə Universitetində alıb, Kaliforniya Universiteti Berkeleydə  kafedra açıb,  2006-ci ildən etibarən Nyu-york Universiteti "Stern Business School"da marketinq və menecment sahələri üzrə dərs deyir.



Әlaqәli Xәbәrlәr